Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli Heydər Əlirza oğlu!

Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik etməyə ürəkdən şadam.

Bu gün Azərbaycan öz tarixi inkişafının yeni dövrünü - iqtisadiyyatın yeniləşməsinə, sosial sahənin təkmilləşməsinə, mədəniyyət, elm və idmanın daha da inkişafına istiqamətlənmiş dövrünü yaşayır.

MDB-nin sabit inkişaf edən ölkələrindən biri olan Azərbaycan Respublikası Qafqaz regionundakı qonşularla və ilk növbədə Rusiya ilə, Avropa və dünyanın bir çox digər dövlətləri ilə səmərəli əməkdaşlığın möhkəmlənməsinə çalışır.

Azərbaycanla Şimali Osetiyanı həm bütün Qafqaz xalqlarına xas milli ənənələr – mehriban qonşuluq, qonaqpərvərlik, səmimilik, həm də Qafqazı sülh, əmin-amanlıq və tərəqqi regionuna çevirmək kimi ümumi niyyət birləşdirir.

“Bizim Osetiya” millətlərarası ictimai hərəkatın fəal iştirakçılarından biri olan “Azəri” Azərbaycan milli-mədəni mərkəzinin nümayəndələri respublikamızda xüsusi hörmətə malikdirlər. Ona görə də Azərbaycan Respublikasının bayramı Şimali Osetiya – Alaniya sakinləri, respublikamızın bütün çoxmillətli xalqı üçün də əlamətdar hadisədir.

Qoy, bu gün Azərbaycan səmasında bayram mahnıları səslənsin, respublikanızın xalqı isə çoxsaylı təbriklər arasında Sizə səmimi qəlbdən əmin-amanlıq, firavanlıq və səadət dilədiyimizi də eşitsin.

Hörmətlə,

Aleksandr Dzasoxov

Şimali Osetiya-Alaniya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin