Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Çox hörmətli cənab Prezident,

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunmasının 11-ci ildönümü münasibətilə səmimi təbrikimi qəbul edin.

Ötən dövrdə Azərbaycan xalqı müstəqilliyin və demokratiyanın möhkəmləndirilməsində böyük uğurlar qazanmış, milli iqtisadiyyatın bünövrəsini qoymuşdur. Ölkənin daxilindəki dəyişikliklər və konstruktiv xarici siyasət Azərbaycana beynəlxalq aləmdə yüksək nüfuz gətirmişdir. Əminəm ki, dövlətlərimiz arasındakı dostluq münasibətləri və qarşılıqlı surətdə faydalı əməkdaşlıq xalqlarımızın rifahı naminə bundan sonra da müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Əziz Heydər Əlirza oğlu, Sizə ürəkdən möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövlət vəzifəsində fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi arzulayıram.

Dərin hörmətlə,

Leonid Kuçma

Ukraynanın Prezidenti

Kiyev şəhəri, 17 oktyabr 2002-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin