Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Atamız Rauf Hacıyevin xatirəsinə, onun milli mədəniyyətimizin inkişafına yönəldilən yaradıcılıq fəaliyyətinə verdiyiniz yüksək qiymətə, anadan olmasının səksən illiyinə həsr edilmiş təntənəli yubileyin keçirilməsinə vaxtilə yaşadığı binaya xatirə lövhəsinin vurulmasına, 15 nömrəli musiqi məktəbinə atamızın adının verilməsinə görə Sizə öz dərin minnətdarlığımızı bildiririk. 

Hörmətli cənab Prezident! Sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn Yeni il münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür diləyirik.

Hörmətlə,

Rauf Hacıyevin ailəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin