RƏSMİ SƏNƏDLƏR
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ
Möhtərəm Prezidentimiz cənab Heydər Əliyev!
Azərbaycan teatrı, bu sənətin yaradıcıları, sənət ocaqlarının qayğıları, problemləri həmişə Sizin diqqət mərkəzinizdə olmuşdur.
“Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında” 24 dekabr 2002-ci ildə imzaladığınız Fərman mədəniyyətimizə və incəsənətimizə, o cümlədən teatrımıza göstərdiyiniz böyük məhəbbət və qayğının növbəti təzahürüdür. Biz fəxr edirik ki, bugünkü Azərbaycan Milli Dram Teatrının bütün nəsillərdən olan sənətkarlarının hamısı Sizin böyük qayğınızı həmişə öz yaradıcılığında hiss etmişdir. Adı çəkilən Fərman bunun bir daha parlaq təzahürüdür.
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının dünya miqyasında təmsili, iqtisadiyyatımızın və kənd təsərrüfatının yüksəlişi uğrunda gördüyünüz böyük işlərdən vaxt tapıb biz mədəniyyət işçilərinə göstərdiyiniz diqqət və qayğı üçün Sizə ürəkdən minnətdarıq. Yeni ilin astanasında bizə bəxş etdiyiniz sevinc üçün Akadamik Milli Dram Teatrının bütün yaradıcı kollektivi və texniki heyəti Sizə dərin təşəkkürünü bildirir, cansağlığı arzu edir. Əminik ki, Yeni ildə Azərbaycan Respublikasına dünya miqyasında daha böyük uğurlar gətirəcəksiniz.
Sizə dərin hörmət və ehtiramla Akademik Milli Dram Teatrının kollektivi adından:
Teatrın bədii rəhbəri-direktoru Əliabbas Qədirov
Xalq artistləri
Hüseynov Elxan Ağahüseyn olğu
Əhmədov İlham Namiq-Kamal oğlu
İbrahimova Səfurə Ağabala qızı
Quliyev Nurəddin Əzulla oğlu
Mustafayeva Laləzar Bəşir qızı
Nemətov Azər Paşa Zəfər oğlu
Əməkdar artistlər
Atakişiyeva Mətanət Ağazahir qızı
Bağırov Pərviz Sadıq Saleh oğlu
Əhmədov Cəfər Namiq-Kamal oğlu
Əsgər Məmmədoğlu
Həmidov Əjdər Qüdrət oğlu
Xanlarova Mehriban Aslan qızı
Xəlilova Sevil Rza qızı
Xudaverdiyev Firuz İslam oğlu
İsgəndərova Sənubər Sabir qızı
Quliyev Elxan Əlibala oğlu
Məmmədov Sabir Novruz oğlu
Nurzadə Əli Qayıb oğlu
Əməkdar mədəniyyət işçiləri
Ağakərim Atakişioğlu
Cabbarov Cabbar Ağadadaş oğlu
Məlikov Hüseyn Balababa oğlu
Məmmədova Rasimə Yusif qızı
Musayeva Rəfiqə Hüseyn qızı
Şıxəliyev Kamal Məmmədəli oğlu
Yunisov Telman Əkbər olğu