Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm Prezident!

Siz, 24 dekabr 2002-ci il tarixli Fərmanınızla Azərbaycan xalqının mədəniyyətinin və incəsənətinin inkişafı yolunda xidmətlərinə görə ölkəmizin bir çox mədəniyyət və incəsənət xadiminə, respublikamızın yüksək fəxri adlarını vermisiniz. Çox şadam ki, təltif olunanlar sırasında mən də varam. Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adını daşımağı özüm üçün şərəf hesab edirəm. Azərbaycan Respublikasının vətəndaşı və sənət adamı olaraq, müstəqil Azərbaycan dövlətinin belə yüksək fəxri adına layiq görüldüyümə görə Sizə səmimi minnətdarlığımı, dərin hörmətimi bildirirəm. Hesab edirəm ki, mənə və sənət yoldaşlarıma verdiyiniz bu böyük qiymət, geniş mənada Azərbaycan xalqının çoxəsrlik qədim mədəniyyətinə, mədəniyyət tarixinə verilən yüksək qiymətdir. Biz Sizi həqiqi mənada Azərbaycan mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının, xalqımızın milli-mənəvi dəyərlərinin hamisi kimi tanıyırıq. Son illərdə bu yöndə görülən böyük işlər Sizin bu sahəyə göstərdiyiniz böyük qayğı və diqqətin əyani sübutudur.

Hörmətli cənab Prezident!

Müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişafı, xalqımızın, millətimizin mədəniyyəti və incəsənətinin daha da çiçəklənməsi naminə Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Səmimi hörmətlə,

Quliyev Nurəddin Əzulla oğlu

xalq artisti, Azərbaycan Dövlət Akademik

Milli Dram Teatrının aktyoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin