Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri!

İcazə verin, Sizi yubileyiniz münasibətilə şəxsən öz adımdan və Rusiya Federasiyasının Dövlət dumasındakı Fraksiyalararası Deputat Birliyi (Avrasiya) və Avrasiya Partiyası - Rusiya Vətənpərvərlər İttifaqının Siyasi Şurası adından təbrik edim.

Bu nurlu bayram günündə Sizə və yaxın adamlarınıza əmin-amanlıq və firavanlıq, möhkəm cansağlığı və uzun ömür, Azərbaycan xalqının rifahı naminə məsul fəaliyyətinizdə, ölkələrimiz arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsi işində mənəvi və fiziki qüvvət diləmək istəyirəm.

Hörmətlə,

Ə.Niyazov

Dövlət dumasının deputatı,

Fraksiyalararası Deputat Birliyinin və

Rusiya Avrasiya Partiyasının sədri

Moskva, 10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin