Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Zati-aliləri, 

Sizin 80 illiyiniz münasibətilə Statoyl şirkəti adından ən səmimi təbriklərimi göndərirəm. Sizə və həmçinin ailənizə səmimi arzularımı və salamlarımı yetirirəm.

Statoyl şirkəti Azərbaycanda dünya səviyyəli layihədə tutduğu mövqedən çox razıdır. Bildiyiniz kimi, biz hazırda Azərbaycanın inkişaf edən iqtisadiyyatında ən böyük sərmayəçilərdən biriyik. Qarşıdakı illərdə bizim AÇG, BTC və “Şahdəniz” layihələrində sərmayələrimiz Azərbaycanın və Statoyl şirkətinin xeyrinə xeyli artacaqdır. Eyni zamanda çox şadıq ki, biz “Şahdəniz” layihəsində Kommersiya operatoru təyin olunmuşduq. Biz öz bacarığımızı və imkanlarımızı Azərbaycanda birinci qaz layihəsinin uğuru naminə sərf etməyə hazırıq.

Bu təntənəli gündə Sizə və ailənizə əmin-amanlıq, tərəqqi və uğurlar arzu edirəm.

Biz Zati-alilərinizin davamlı dəstəyinə və qarşıdan gələn illərdə əməkdaşlığa ümid bəsləyirik.

Hörmətlə,

Olav Fyell

Statoyl şirkətinin prezidenti

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin