Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz və möhtərəm Prezident! 

Azərbaycanda fəaliyyət göstərən türk iş adamları adından və şəxsən öz adımdan Sizi – XX əsrin yetirdiyi görkəmli siyasi xadimi, 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycan xalqının xoşbəxt gələcəyi və müstəqil dövlətçiliyinin inkişafı naminə fəaliyyətinizi həmişəki gənclik enerjisi ilə davam etdirməyinizi arzulayırıq.

Azərbaycan xalqı ilə birlikdə bütün türk xalqı da həyata keçirdiyiniz möhtəşəm işləri, nadir dövlətçilik təcrübəsi və siyasi məharət, möhkəm qətiyyət və əzmkarlıq, misilsiz fədakarlıq sayəsində uğurla davam etdirəcəyinizə qəlbdən əmindir.

Ümidvarıq ki, bundan sonra da Azərbaycan xalqı ölkəsini siyasi xaosdan, iqtisadi böhrandan, sosial fəlakətdən və coğrafi yoxluqdan xilas edən möhtərəm Prezident Heydər Əliyev ilə birlikdə sülh və demokratiya, əmin-amanlıq, iqtisadi inkişaf və tərəqqi şəraitində tarixinin yeni canlı səhifələrini yazacaqdır.

Ən dərin hörmətlə,

N.Kamal Yazıçıoğlu TUSİAB-ın İdarə heyətinin sədri

10 may 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin