Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Əziz Heydər Əlirza oğlu!

Azərbaycan dövlətçiliyinin dirçəlişi günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Çox əlamətdar haldır ki, xalqlarımız milli bayramlarını Azərbaycanın və Gürcüstanın əməkdaşlığının yeni, keyfiyyətcə daha yüksək səviyyəyə qalxdığı ildə qeyd edirlər.

Birgə səylərimiz sayəsində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin artıq ilk kilometrləri çəkilmiş və bununla da gənc dövlətlərimizin sabit inkişafının və firavanlığının möhkəm təməli qoyulmuşdur.

Sonda Sizə və Sizin simanızda bütün qardaş Azərbaycan xalqına uğurlar, xoşbəxtlik arzulayır və ən xoş diləklərimi bildirirəm.

Dərin hörmətlə,

Eduard Şevardnadze

Gürcüstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin