Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Hörmətli cənab Prezident, 

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Yuqoslaviya Federal Respublikası adından və şəxsən öz adımdan Sizi ürəkdən təbrik edir, Azərbaycan Respublikasına firavanlıq arzulayıram.

Sizi əmin etmək istərdim ki, Yuqoslaviya Federal Respublikası və Azərbaycan Respublikası arasındakı dostluq əlaqələri və əməkdaşlıq dünyada sülh, əmin-amanlıq və xalqlarımızın marağı naminə müvəffəqiyyətlə inkişaf edəcəkdir.

Voislav Koştunitsa

Yuqoslaviya Federal Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin