Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ

Möhtərəm cənab Prezident!

Xahiş edirəm, Sizin möhtəşəm yubileyiniz münasibətilə mənim və Hollandiya Krallığının “Fondel Metal Participations B.V.” şirkətinin çoxminli kollektivinin ən səmimi təbriklərini qəbul edəsiniz!

Azərbaycan xalqının taleyində, onun bugünkü müstəqilliyinin əldə olunmasında və xoşbəxt gələcəyinin təmin edilməsində Sizin mühüm rolunuz ölkənizdən çox-çox uzaqlarda məlumdur.

Əminəm ki, Siz hələ uzun illər boyu Azərbaycana rəhbərlik edəcək və Sizin rəhbərliyiniz altında ölkəniz yeni-yeni qələbələrə nail olacaqdir.

Sizə bu xeyirxah və nəcib işinizdə müvəffəqiyyətlər arzulayıram!

Dərin hörmət hissi ilə,

Villem van”t Vout

“Folndel Metal Participations

B.V.” şirkətinin

Direktorlar Şurasının sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin