Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 9, maddə 564; 2001-ci il, ¹ 11, maddələr 676, 698; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 8, maddə 463) 79-cu maddəsinin 5-ci bəndinə "verilməsi" sözündən sonra "yaxud nəqliyyat vasitəsinin vəkalətnamə olmadan (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla) idarə edilməsi" sözləri əlavə edilsin.

II. "Polis haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹11, maddə 611; 2001-ci il, ¹11, maddə 699; 2002-ci il, ¹3, maddə 118, ¹6, maddə 328; 2003-cü il, ¹1, maddə 22) 23-cü maddəsinin 6-cı bəndində "onun" sözü "habelə müdafiəçinin iştirakı məcburi olan hallarda həmin şəxsin" sözləri ilə əvəz edilsin.

III. "Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, ¹ 1, maddə 24, ¹ 7, maddə 455; 2002-ci il, ¹ 1, maddə 9, ¹ 5, maddələr 236, 248, 258, ¹ 6, maddə 328, ¹ 8, maddə 465) 7-ci maddəsində "islah koloniyalarında" sözləri "cəzaçəkmə müəssisələrində" sözləri ilə əvəz edilsin.

IV. "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹ 3, maddə 137, Azərbaycan Respublikasının 2002-ci il 22 oktyabr tarixli 373-IIQD saylı Qanunu) 17-ci maddəsinə III hissə əlavə edilsin:

"III. Bir şəxsə məxsus incəsənət nümunələri olan və ya tarixi əhəmiyyət kəsb edən mülki silahların sayı (çaplı mülki silah istisna olmaqla) məhdudlaşdırılmır".

V. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin