Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
AZƏRBAYCAN RESPUBLIKASININ “DÖVLƏT QULLUĞUNDA FƏRQLƏNMƏYƏ GÖRƏ” MEDALININ ƏSASNAMƏSININ VƏ TƏSVIRININ TƏSDIQ EDILMƏSI BARƏDƏ

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2003-cü il.

AzərbaycanRespublikasının

2003-cü il 7 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsi

1. Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalı dövlət qulluqçularına aşağıdakılara görə verilir:

milli dövlət quruculuğu sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;

dövlət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.

2. “Dövlət qulluğunda fərqlənməyə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.

AzərbaycanRespublikasının

2003-cü il 7 noyabr tarixli

Qanunu ilə təsdiq edilmişdir

“Dövlət qulluğunda fərqlənməyə görə” medalının təsviri

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı bürüncdəndir, milli ornamentlərlə naxışlanmış lövhə şəklində tərtib edilmişdir. Diametri 35 mm olan lövhənin mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Gerbin ətrafı boyunca paylanan şüaların üstündə “Dövlət qulluğunda fərqlənməyə görə” sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.

Medalın arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.

Medal paltara bərkidilmək üçün elementi olan 27 mm x 43 mm ölçüdə sarımtıl-cəhrayı çalarlı beşbucaqlı xara lenti halqa və ilgək vasitəsi ilə birləşdirilir.

Medala paltara bərkidilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin