Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
“AZƏRBAYCAN RESPUBLIKASININ ORDEN VƏ MEDALLARININ TƏSIS EDILMƏSI HAQQINDA” AZƏRBAYCAN RESPUBLIKASININ QANUNUNA ƏLAVƏLƏR EDILMƏSI BARƏDƏ

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı əlavələr edilsin:

1) 1-ci maddədə “Şöhrət” ordeni” sözlərindən sonra “Vətənə xidmətə görə” ordeni” sözləri əlavə edilsin;

2) 2-ci maddədə “Qüsursuz xidmətə görə” medalı” sözlərindən sonra “Dövlət qulluğunda fərqlənməyə görə” medalı” sözləri əlavə edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 7 noyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin