Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU
BMT-NIN "TRANSMILLI MÜTƏŞƏKKIL CINAYƏTKARLIĞA QARŞI" KONVENSIYASININ, ONU TAMAMLAYAN "İNSAN ALVERININ, XÜSUSƏN QADIN VƏ UŞAQ ALVERININ QARŞISININ ALINMASI, ARADAN QALDIRILMASI VƏ CƏZALANDIRILMASI HAQQINDA" VƏ "MIQRANTLARIN QURU, DƏNIZ VƏ HAVA ILƏ SƏRHƏDDƏN QANUNSUZ KEÇIRILMƏSINƏ QARŞI"PROTOKOLLARIN TƏSDIQ EDILMƏSI BARƏDƏ

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikası adından 2000-ci il dekabrın 12-də Palermo şəhərində imzalanmış BMT-nin "Transmilli mütəşəkkil cinayətkarlığa qarşı" Konvensiyası, onu tamamlayan "İnsan alverinin, xüsusən qadın və uşaq alverinin qarşısının alınması, aradan qaldırılması və cəzalandırılması haqqında" və "Miqrantların quru, dəniz və hava ilə sərhəddən qanunsuz keçirilməsinə qarşı" Protokollar müvafiq bildirişlər və bəyanatlar ilə (bildirişlərin və bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə

minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin