Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATINA ÜZV OLMASI PROSESİ İLƏ ƏLAQƏDAR QANUNVERİCİLİYİN ÜMUMDÜNYA TİCARƏT TƏŞKİLATININ TƏLƏBLƏRİNƏ UYĞUNLAŞDIRILMASI ÜZRƏ TƏDBİRLƏR PLANI”NIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi və dünya iqtisadiyyatına inteqrasiyası baxımından Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olması mühüm əhəmiyyət kəsb edir. Ümumdünya Ticarət Təşkilatının üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli danışıqlara başlamış Azərbaycan Respublikası Ümumdünya Ticarət Təşkilatına üzvolma prosesinin ən əsas mərhələsinə daxil olmuşdur.

Üzvolma prosesinin təkmilləşdirilməsini, Ümumdünya Ticarət Təşkilatına əlverişli şərtlərlə daxil olmaq üçün ölkəmizin mənafelərinin vahid danışıqlar mövqeyindən qorunmasını, habelə gələcəkdə bu təşkilata üzvlük çərçivəsində aparılacaq fəaliyyətin səmərəliliyini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi ilə əlaqədar qanunvericiliyin Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırılması üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Tədbirlər Planının icrasına nəzarət Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olmasına hazırlıq işləri üzrə Komissiyaya həvalə edilsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 avqust 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin