Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ ÖLKƏLƏRDƏ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARDA FƏALİYYƏT GÖSTƏRƏN DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİNİN İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin rəhbərlərinin əmək haqları aşağıdakı məbləğlərdə müəyyən edilsin:

Yaponiyada səfir –4000 ABŞ dolları

Amerika Birləşmiş Ştatlarında, Almaniyada,

Avstriyada, Böyük Britaniya və Şimali

İrlandiya Birləşmiş Krallığında, Fransada,

Belçikada, Rumıniyada və Polşada səfir,

Birləşmiş Millətlər Təşkilatında, İsveçrənin

Cenevrə şəhərindəki beynəlxalq təşkilatlarda,

NATO-da, Avropa Şurasında, Avropa Birliyində

nümayəndə -3500 ABŞ dolları

Türkiyədə, Pakistanda, Çin Xalq Respublikasında,

Misirdə, Səudiyyə Ərəbistanı Krallığında,

Birləşmiş Ərəb Əmirliklərində, İranda, Küveytdə

səfir -3000 ABŞ dolları

Rusiya Federasiyasında səfir -2500 ABŞ dolları

Ukraynada, Özbəkistanda, Gürcüstanda,

Türkmənistanda səfir -2000 ABŞ dolları

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

- Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin digər işçilərinin əmək haqlarını bir həftə ərzində müəyyənləşdirib təsdiq etsin;

- bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam 2003-cü il yanvarın 1-dən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin