Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI DÖVLƏT XÜSUSI MAŞINQAYIRMA VƏ KONVERSIYA KOMITƏSI VƏ RUSIYA FEDERASIYASI SƏNAYE, ELM VƏ TEXNOLOGIYALAR NAZIRLIYI ARASINDA IQTISADI VƏ ELMI-TEXNIKI ƏMƏKDAŞLIQ HAQQINDA SAZIŞ"IN TƏSDIQ EDILMƏSI BARƏDƏ
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI

1. 2002-ci il sentyabrın 23-də Moskva şəhərində imzalanmış "Azərbaycan Respublkası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi və Rusiya Federasiyası sənaye, elm və texnologiyalar Nazirliyi arasında iqtisadi və elmi-texniki əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rusiya Federasiyası tərəfini xəbərdar etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 oktyabr 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin