Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

AZƏRBAYCAN RESPUBLİKASI HƏMKARLAR İTTİFAQLARI İDMAN TƏŞKİLATLARI İŞÇİLƏRİNİN, MƏŞQÇİLƏRİN VƏ İDMANÇILARIN AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB HEYDƏR ƏLİYEVƏ MÜRACİƏTİ

Möhtərəm cənab Prezident! 

Biz, Azərbaycan Həmkarlar İttifaqları idman təşkilatlarının işçiləri, məşqçiləri və idmançıları AFFA prezidenti Fuad Musayevin Sizə ünvanladığı və bir sıra qəzetlərdə dərc edilmiş açıq məktubunun məzmunundan hiddətlənmişik, burada deyilənlərə və müəllifin özünə qəti etirazımızı bildiririk.

Ölkəmizin futbolunun bugünkü acınacaqlı vəziyyətinin bilavasitə səbəbkarı olan şəxslərin və onların rəhbərlik etdiyi AFFA-nın fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi göz qabağındadır. Bu azmış kimi, onlar ölkəmizin bədən tərbiyəsi və idman hərəkatında baş verən böyük dəyişiklikləri və irəliləyişləri də inkar edir, bunları görmək istəmirlər.

1994-cü, xüsusən də 1997-ci ildən başlayaraq, respublikamızda bədən tərbiyəsi və idmanın inkişafında dövlətimizin başçısı cənab Heydər Əliyevin və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin göstərdikləri xidmətləri görməmək, danmaq və bu işlərə qara yaxmaq cəhdi, sadəcə olaraq, haqsızlıqdır.

1990-1993-cü illərdə respublikamızın qarşılaşdığı problemlər, mənfur qonşumuz tərəfindən elan edilməmiş müharibə, ölkədaxili çəkişmələr, hakimiyyət uğrunda mübarizə, sosial sahənin, o cümlədən bədən tərbiyəsi və idmanın inkişafını, demək olar ki, unutdurmuşdu. Fəaliyyətləri dayandırılmış həmkarlar ittifaqları idman cəmiyyətlərinin taleyi, əmək kollektivlərində çalışan insanların sağlamlığının qorunması və möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idmanla məşğul olması məsələləri heç kəsi maraqlandırmırdı. Məhz belə bir ağır vəziyyətdə öz xalqının, millətinin sağlamlığını və idman şərəfini uca tutan dahi bir şəxsiyyətin, hamımızın böyük və dərin hörmət bəslədiyi Heydər Əlirza oğlu Əliyevin respublikamıza rəhbərliyə qayıtması bütün idman ictimaiyyətində, o cümlədən mütəxəssis və idmançılarda nikbin əhval-ruhiyyə, idmanımızın sabahına böyük ümidlə baxmağa zəmin yaratdı.

Ölkə daxilində qeyri-sabitliyin, vətəndaş müharibəsi təhlükəsinin, Azərbaycanı parçalamaq cəhdlərinin, ağır iqtisadi böhranın aradan qaldırılması kimi taleyüklü problemlərlə məşğul olan möhtərəm Prezident, eyni zamanda, öz xalqının sağlamlığı və idmanın inkişafı məsələlərinin həllinə də vaxt tapırdı.

Artıq 1994-cü ildə respublikamızda bədən tərbiyəsi və idmana rəhbərliyin dövlət səviyyəsində təmin edilməsi məqsədi ilə Prezidentin təşəbbüsü və Fərmanı ilə ilk dəfə olaraq Gənclər və İdman Nazirliyi yaradıldı. Vaxt və həyat Sizin bu təşəbbüsünüzün nə qədər vacib və lazımlı olduğunu bir daha sübut etdi. Bu illər ərzində əvvəllər fəaliyyətləri dayandırılmış bütün həmkarlar ittifaqları idman təşkilatları, o cümlədən böyük tarixə və ənənəyə malik olan “Məhsul”, “Spartak”, “Zenit”, “Gənclik” (“Burevestnik”), “Lokomotiv” idman cəmiyyətləri bərpa olundu. Bundan əlavə, yeni-yeni idman klubları yaradıldı.

Möhtərəm Prezidentimizin şəxsən göstərişi ilə ilk dəfə olaraq 1997-ci ildə Azərbaycanda “Bədən tərbiyəsi və idman” haqqında Qanun qəbul olundu. Bu illər ərzində Sizin idman ictimaiyyəti və idmançılarla keçirdiyiniz mütəmadi görüşlər, problem xarakterli nitqləriniz bədən tərbiyəsi və idmana diqqət göstərilməsinə dair çağırışlarınız bu sahənin sürətlə inkişaf etməsində xüsusi rol oynadı.

Respublikanın idman ictimaiyyətinin arzusu ilə 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilmiş cənab İlham Əliyevin qısa müddət ərzində ölkə idmanının beynəlxalq aləmdə tanınmasına nail olması xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı.

Sidneydə XXVII yay Olimpiya oyunlarında əldə edilmiş ən yüksək nailiyyətlər, dünya, Avropa birinciliklərində və digər beynəlxalq yarışlarda qazanılmış çoxlu sayda medallar, bir çox növlərdə, xüsusən idmanın oyun növlərində nəzərə çarpacaq irəliləyişlər, ölkə idmanına beynəlxalq təşkilatların münasibətlərinin yaxşılığa doğru dəyişilməsi, dünya və Avropa miqyaslı bir çox yarışların keçirilməsinin bizə etibar edilməsi, şəhər və rayonlarımızda beynəlxalq standartlara cavab verən müasir tipli olimpiya idman komplekslərinin inşası, idman işçilərinin, məşqçilərin və idmançıların əməyinin layiqincə qiymətləndirilməsi – budur İlham Əliyevin idmanımızdakı fəaliyyətinin əsl faktları.

Həmkarlar ittifaqları idman təşkilatlarının ağır maliyyə vəziyyəti, maddi-texniki bazalarının zəifliyi MOK-un prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olub. Məhz onun müraciətindən sonra bir çox nazirliklər, baş idarələr onlara xidmət göstərən idman təşkilatları ilə sıx əməkdaşlığa başlayıblar. Bəzi sahələr üzrə isə baş idarələrin bilavasitə strukturunda idman-sağlamlıq mərkəzləri yaradılmışdır (“Lokomotiv”, “Xəzər”, “Kimyaçı”, “Babək”, “Gömrükçü”, “Azal”, “Neftçi”, “Rabitəçi” və s.).

1997-ci ildə baş vermiş yanğın nəticəsində tam yararsız vəziyyətə düşmüş “Pəhləvan” güləş idman klubunun bazasının yenidən ən yüksək səviyyədə bərpası, həmkarlar ittifaqları idman təşkilatlarına daim qayğı və kömək göstərilməsi – budur İlham Əliyevin kütləvi bədən tərbiyəsi və idmanın inkişafı sahəsindəki xidmətlərinin reallığı.

Bütün bunlar danılmaz fakt və tarixdir. Tariximizi təhrif etmək istəyənlər isə qoy öz vicdanları qarşısında cavab versinlər.

Çox hörmətli Prezidentimiz!

Sizə ünvanlanmış açıq məktubdakı bir fikir, doğrudan da, bizim hamımızın, respublikamızın idman ictimaiyyətinin, idmansevərlərin və xalqımızın arzusu ilə üst-üstə düşür.

Ölkəmizin futboluna dövlət səviyyəsində daha yüksək və ciddi münasibət göstərilməlidir. Bu, ilk növbədə futbolumuzun inkişafına rəhbərlik edən ictimai qurumun fəaliyyətinə yenidən baxılması və bu qurumun işinə rəhbərliyin futbolumuzun şərəfini yüksəklərə qaldıra biləcək mütəxəssislərə etibar edilməsində öz əksini tapmalıdır.

Bu məsələlərin həllində Sizin təcrübənizə böyük ehtiyac duyur və bir vaxt Tofiq Bəhramov adına Respublika stadionunu futbolumuza qaytardığınız kimi, bu gün də futbolun xalqımıza qaytarılmasına kömək göstərməyinizi xahiş edirik.

Dərin hörmət və ehtiramla,

Azərbaycan Həmkarlar İttifaqları idman

təşkilatları fəalları toplantısının iştirakçıları

Bakı şəhəri, 9 yanvar 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir