Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ SEÇKİ KOMİSSİYASININ BƏYANATI

Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə Azərbaycan Prezidenti cənab Heydər Əliyevin 22 iyun 2002-ci il tarixli Fərmanına əsasən, 24 avqust 2002-ci ildə respublikamızda referendum keçirilmişdir. Referendum yüksək mütəşəkillik şəraitində keçmiş və seçicilərin böyük əksəriyyəti təklif olunan düzəlişlərə öz müsbət münasibətini bildirmişdir.

Mərkəzi Seçki Komissiyası 25 avqust 2002-ci ildə ölkə əhalisinə referendumun təşkili, prosesin gedişi, müşahidəçilərin iştirakı və səsvermənin nəticələri ilə bağlı ilkin məlumat vermişdir. Məlumatda ümumxalq səsverməsinin tam aşkarlıq şəraitində, cəmiyyətin ən müxtəlif qüvvələrini təmsil edən yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilməsi, hər bir seçiciyə öz iradəsini tam sərbəst şəkildə ifadə etmək imkanı yaradılması öz əksini tapmışdır. Seçkilərin fəallıq şəraitində, açıq və şəffaf keçməsi referendumun gedişini izləyən minlərlə yerli və yüzlərlə xarici müşahidəçi, kütləvi informasiya vasitələrinin əməkdaşları, dairə və məntəqə seçki komissiyalarının müxtəlif təşkilatları təmsil edən üzvləri tərəfindən təsdiqlənmişdir.

Mərkəzi Seçki Komissiyasına nə referendumun gedişi zamanı, nə də ki, sonrakı günlərdə səsvermədə ciddi qanun pozuntularının mövcudluğunu sübut edən, nəticələri şübhə altına ala bilən hər hansı şikayət və fakt daxil olmamışdır.

Lakin təəssüf hissi ilə qeyd olunmalıdır ki, avqust ayının 26-da bəzi müxalif siyasi partiyaların rəhbərləri Konstitusiyaya dəyişikliklərlə əlaqədar ümumxalq səsverməsinin nəticələrini əsassız şəkildə şübhə altına alaraq, heç bir sənəd və fakta arxalanmadan, yalnız əvvəlcədən düşünülmüş və xüsusi planlaşdırılmış qərəzli mülahizələrə söykənərək, 24 avqust referendumunun təşkili və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının və digər müvafiq təşkilatların ünvanına böhtanlarla dolu bəyanat yaymışlar. Bəyanatda, guya onların özlərinin təyin etdiyi 12 min müşahidəçinin məlumatı əsasında gəldikləri subyektiv mülahizələr öz əksini tapmışdır.

Mərkəzi Seçki Komissiyası bildirir ki, müxalifət partiyaları rəhbərlərinin yaydıqları subyektiv fikir və mülahizələr tamamilə əsassızdır, həqiqətdən uzaqdır, qərəzlidir və əsaslı əhəmiyyət kəsb edən heç bir fakta və sübuta söykənmir. Mərkəzi Seçki Komissiyası bəyan edir ki, istənilən halda, istənilən təşkilatın iştirakı ilə qanun qarşısında bütün bu qərəzli iddiaları araşdırmağa hazırdır. Əvvəla, qeyd etmək lazımdır ki, referendumun gedişini müxalifət partiyalarının iddia olunduğu kimi, 12 min deyil, cəmi 4350 müşahidəçisi izləmişdir. Faktları saxtalaşdıran, rəqəmləri öz istəyinə uyğun şəkildə dəyişdirən müxalifət partiyalarının rəhbərlərindən fərqli olaraq, Mərkəzi Seçki Komissiyası bütün müşahidəçilərin məntəqələrdə dəqiq qeydiyyatını aparmışdır.

İkincisi, referendumda iştirak edən əhalinin sayı elan olunmuş ilkin rəqəmlərə uyğundur və istənilən məntəqə üzrə bunu müxalif müşahidəçilərin böyük əksəriyyətinin özləri tərəfindən də imzalanan protokollar vasitəsilə yoxlamaq mümkündür. Qeyd etmək lazımdır ki, dairə referendum komissiyalarında təmsil olunan 144 Azərbaycan Xalq Cəbhəsi Partiyası nümayəndəsindən 83 nəfəri dairə seçki komissiyasının protokollarını imzalamışdır. Beş minə yaxın məntəqə seçki komissiyalarının protokollarının isə 90 faizi, müxalifəti təmsil edən məntəqə üzvləri də daxil olmaqla, bütün komissiya üzvləri tərəfindən imzalanmışdır. Qalan on faiz məntəqə bülletenləri isə müxalifət partiyalarını təmsil edən bu və ya digər komissiya üzvü tərəfindən imzalanmamışdır.

Bir faktı da xüsusi vurğulamaq istərdik ki, məntəqələrin demək olar ki, hamısında ümumi səsvermə prosesi əvvəldən axıra kimi videolentə alınmışdır.

Üçüncüsü, seçicilərə təzyiq göstərilməsi, onların guya zorla məntəqələrə gətirilməsi ilə bağlı heç bir vətəndaşdan məntəqə, dairə və Mərkəzi Seçki Komissiyasına indiyə kimi heç bir şikayət daxil olmamışdır.

Dördüncüsü, səsvermə qutuları elə hazırlanmışdır ki, bu qutulara bir dəfəyə bir ədəddən artıq bülleteni atmaq praktiki olaraq mümkün deyildir. Odur ki, hətta müvafiq şərait yaradılsaydı və seçicilər istəsəydilər belə, topa bülletenləri qutulara salmaq mümkün olmazdı.

Beşincisi, protokolların saxtalaşdırılması ilə bağlı hələ heç bir siyasi partiya, müşahidəçi və seçici, müxalifət dairələrindən səslənən ayrı-ayrı subyektiv mülahizələr istisna olmaqla, heç kimə heç bir sənəd, fakt və yaxud nümunə göstərməmişdir.

Altıncısı, təzyiqlə bağlı söylənilən fikirlərin heç bir əsası yoxdur. Bu günə qədər hər hansı bir dairə, məntəqə üzvünə, hər hansı bir müşahidəçiyə dairə və məntəqələrdə hansısa təzyiq göstərilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına və hüquq-mühafizə orqanlarına heç bir şikayət daxil olmamışdır. Əksinə, Mərkəzi Seçki Komissiyasının rəhbərliyi avqustun 22-də keçirdiyi mətbuat konfransında da bildirildiyi kimi, bəzi müxalifət partiyalarının başçıları seçkilərdə öz təmsilçiləri olan müşahidəçilərə və komissiya üzvlərinə referendumun gedişindən və nəticələrindən asılı olmayaraq, rəsmi sənədləri imzalamamaq və müsbət rəy söyləməmək haqqında göstəriş vermişlər. Bu göstərişdən nəticə çıxarmayanların isə ciddi şəkildə cəzalandırılacağı nəzərə çatdırılmışdır.

Mərkəzi Seçki Komissiyası təəssüf hissi ilə bildirir ki, müxalifət partiyaları rəhbərlərinin xüsusi ssenari üzrə hazırlanmış qərəzli, subyektiv mövqeləri bəzən hansısa beynəlxalq təşkilatın, xarici ölkə nümayəndəsinin də rəsmi və qeyri-rəsmi mövqelərinə təsir göstərir. Halbuki, həmin təşkilatların və ölkələrin Azərbaycanda fəaliyyət göstərən rəsmi nümayəndəlikləri müxalifətin bütün bu məsələlərdə nümayiş etdirdiyi subyektiv mövqeyin real həqiqəti əks etdirən ümumxalq mövqeyi ilə üst-üstə düşmədiyini yaxşı bilirlər. Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin mətbuat xidməti nümayəndəsinin Azərbaycanda keçirilən referendumla bağlı jurnalistlərin sualına verdiyi cavab və ATƏT-in Azərbaycandakı nümayəndəsinin açıqladığı münasibət də məhz müxalifət partiyalarının yanlış məlumatı əsasında formalaşan belə tələsik və subyektiv yanaşmanın nəticəsidir. Hesab edirik ki, istər müxalifət partiyaları rəhbərlərində, istərsə də onların qərəzli mövqeyi əsasında ATƏT-in Azərbaycandakı nümayəndəsində və Amerika Birləşmiş Ştatları Dövlət Departamenti mətbuat xidmətinin əməkdaşında 24 avqust referendumu ilə bağlı formalaşan mövqe qeyri-obyektivdir, əsassızdır və bütövlükdə Azərbaycan xalqına, Konstitusiyadakı dəyişikliklərə öz münasibətini bildirmiş milyonlarla seçiciyə hörmətsizlikdən başqa bir şey deyildir.

Mərkəzi Seçki Komissiyası bəyan edir ki, 24 avqust referendumu Azərbaycanda əhalinin mütəşəkkilliyinin və siyasi fəallığının artmasının əyani nümayişi olmaqla yanaşı, həm də bütövlükdə son illərdə həyata keçirilən seçki proseslərinin təkmilləşməsi və seçki praktikasının daha da demokratikləşməsi istiqamətində mühüm bir addıma çevrilmişdir. Əhalinin bu ümumxalq səsverməsində mütəşəkkil iştirakı, Konstitusiyaya nəzərdə tutulan düzəlişlərə sərbəst münasibət bildirmək üçün hər bir vətəndaşa yaradılmış şəffaf şərait məhz son illərin demokratik dəyişikliklərinin məntiqi nəticəsidir. Bunun əyani sübutu avqustun 24-də keçirilən referendumda səsvermə hüququ olan Azərbaycan vətəndaşlarının 83 faizinin iştirakıdır. Ümid edirik ki, Azərbaycan cəmiyyəti ölkəmizdə yaradılmış sağlam, demokratik mühiti qara rəngdə təqdim etmək istəyənlərə öz həqiqi münasibətini bildirəcək, ümumxalq iradəsinin nəticələrini saxtalaşdırmaq istəyənlərə öz yerini göstərəcəkdir.

Mərkəzi Seçki Komissiyası

Bakı şəhəri, 27 avqust 2002-ci il

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb

Faktiki hava: Xınalığa dolu düşüb

Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün namizədlərlə müsabiqə və müsahibənin keçirilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Təsisçi Bakı Fransız Liseyi Təhsil Kompleksinin ləğv olunmasının səbəbini açıqlayıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin