Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, N 6, maddə 329, N 10, maddə 587; 2004-cü il, N 12, maddə 1006; 2005-ci il, N 3, maddə 167) uyğun olaraq qərara alıram:

1. Azərbaycan neft sənayesinin inkişafındakı böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Dadaşov Əkrəm Hüseyn oğlu

Hacıyev Mais Qəşəm oğlu

Həsənova Dilşad Mirzə-Baba qızı

Kərimov Murtuza Niftəli oğlu

Məmmədov Cəlal Əli-Heydər oğlu

Məmmədov Həsən Əlihüseyn oğlu

Nadirov Sultan Hacı oğlu

Süleymanov Şiriddin Allahverən oğlu

Tahirov Çingiz Əhməd oğlu

Vəliyev Əli Hüseynqulu oğlu

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2005-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin