Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRDİ TƏQAÜDLƏRİNİN VERİLMƏSİ HAQQINDA
ZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq qərara alıram

1. Azərbaycanın elm və təhsil, mədəniyyət və incəsənət, iqtisadiyyat və dövlət idarəçiliyi sahələrində böyük xidmətləri olan aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri verilsin:

Abbasov Nəzərəli Səfərəli oğlu

Abdullayeva Həlimə Yusif qızı

Abdullayeva Səfurə Seyfulla qızı

Ağamuradov Nizaməddin Ağamurad oğlu

Ağayeva Kəmalə Ağa qızı

Balayeva Həlimət Məcid qızı

Behbudova Cülyetta Balabekovna

Cabbarlı Gülarə Cəfər qızı

Əlizadə Aqşin Əliqulu oğlu

Əzimzadə Zəhra Əzim qızı

Ləzgiyeva Güllü Namaz qızı

Maniyev Muxtar Qəmbər oğlu

Məmmədova Adelaida İrza qızı

Musayev Talıb Qurban oğlu

Nəsrullayeva Həcər Məmməd qızı

Turan Cavid Hüseyn Cavid qızı

Vəkilova Aybəniz Səməd Vurğun qızı

Vəkilova Xavər Əhməd qızı

2. Azərbaycan Respublikasının Nazirlər kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 fevral 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin