Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

"SU TƏCHIZATI VƏ TULLANTI SULARI HAQQINDA" AZƏRBAYCAN RESPUBLIKASIQANUNUNUN TƏTBIQ EDILMƏSI ILƏ BAĞLI ƏLAVƏ TƏDBIRLƏR BARƏDƏ

"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası

Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə

"Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki, həmin Qanunun 32-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi həyata keçirir.

2. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri,23 oktyabr 2003-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin