Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASI SEÇKI MƏCƏLLƏSININ MÜDDƏALARININ POZULMASINA GÖRƏ MƏSULIYYƏT HAQQINDA AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: I. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 1, maddə 17, N 5, maddə 236; 2003-cü il, N 1, maddələr 23, 24) aşağıdakı əlavələr və dəyişikliklər edilsin: 1. 34-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin. ¢Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında işlərə isə birinci instansiya üzrə rayon (şəhər) məhkəmələri və ya Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsi tərəfindən baxılır¢. 2. 285.0.1-ci maddədə ¢seçki¢ sözündən sonra ¢(referendumda iştirak)¢ sözləri əlavə edilsin. 3. 25-ci fəsil aşağıdakı redaksiyada verilsin: ¢Fəsil 25 Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrə dair icraat Maddə 290. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrin verilməsi Seçicinin seçici siyahısına daxil edilməsi ilə əlaqədar mübahisələrə dair ərizələr rayon (şəhər) məhkəmələrinə, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair digər məsələlərə dair ərizələr isə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada verilir. Maddə 291. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi haqqında ərizələrə baxılması 291.1. Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş ərizələrə məhkəmə tərəfindən 3 gün müddətində (seçkilər günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır. 291.2. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. 291.3. Ərizəyə baxılması üzrə məhkəmənin çıxardığı qətnamə dərhal icra edilməlidir. Maddə 292. Məhkəmənin qərarından şikayət verilməsi Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə 3 gün müddətində bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində (seçki günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə - dərhal) baxılır və məhkəmənin qəbul etdiyi qərar qətidir¢. II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 8, I kitab, maddə 584; 2001-ci il, N 1, maddə 24, N 3, maddə 139, N 7, maddə 455, N 11, maddələr 680, 698, N 12, maddə 731; 2002-ci il, N 1, maddə 9, N 4, I kitab, maddə 165, N 5, maddələr 234, 237, 239, N 6, maddə 326, N 8, maddə 463, N 12, maddə 692; 2003-cü il, N 1, maddələr 3, 13, 23, Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli 422-IIQD saylı, 25 mart tarixli 427-IIQD və 428-IIQD saylı qanunları) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: 1. 39-cu maddənin adında və dispozisiyasında ¢təbliğatın¢ sözü ¢təşviqatın¢ sözü ilə əvəz edilsin. 2. 41-ci maddənin adında və dispozisiyasında ¢haqqında¢ sözündən sonra ¢bilərəkdən¢ sözü əlavə edilsin. 3. 42-ci maddədə: a) maddənin adında və dispozisiyasında ¢vəkil edilmiş şəxslərin,¢ sözlərindən sonra ¢namizədlərin,¢ sözü, ¢bloklarının¢ sözündən sonra ¢, referendum üzrə təşviqat qrupunun¢ sözləri əlavə edilsin; b) maddənin dispozisiyasında ¢hüquqlarını¢ sözündən sonra ¢, o cümlədən seçki sənədlərinin surətlərinin və məlumatların vaxtında alınması və seçki sənədlərinin təsdiqi ilə bağlı hüquqları pozmağa¢ sözləri əlavə edilsin. 4. 43-cü maddə aşağıdakı redaksiyada verilsin: ¢Maddə 43. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsi və ya bu cür materialların yayılması Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar edilməsinə və ya bu cür materialların yayılmasına görə - şərti maliyyə vahidinin otuz beş mislindən altmış beş mislinədək miqdarda cərimə edilir¢. 5. 46.2-ci maddədə ¢blokları¢ sözündən sonra ¢referendum üzrə təşviqat qrupları¢ sözləri əlavə edilsin. 6. 48-ci maddədə: a) maddənin adında ¢məlumatın¢ sözündən sonra ¢bilərəkdən¢ sözü əlavə edilsin; b) 48.1-ci maddədə ¢bloklarının¢ sözündən sonra ¢, referendum üzrə təşviqat qruplarının¢ sözləri və ¢məlumatların¢ sözündən sonra ¢bilərəkdən¢ sözü əlavə edilsin; c) 48.2-ci maddədə ¢məlumatların¢ sözündən sonra ¢bilərəkdən¢ sözü əlavə edilsin. 7. 357.0.2-ci maddədə ¢üzrə komissiyalar¢ sözlərindən sonra ¢, seçki komissiyaları¢ sözləri əlavə edilsin. 8. Aşağıdakı məzmunda 358.1-ci maddə əlavə edilsin: ¢Maddə 358-1. Seçki komissiyaları 358-1.1. Məntəqə və dairə seçki komissiyalarının, Mərkəzi Seçki Komissiyasının fəaliyyət qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. 358-1.2. Seçki komissiyaları bu Məcəllənin 39-48-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə həmin xətalar Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 116-cı maddəsində göstərilmiş şəxslər tərəfindən törədildiyi hallarda baxır.¢. 9. 425.4-cü maddə çıxarılsın. III. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N 4, II kitab, maddə 251, N 5, maddə 323; 2001-ci il, N 1, maddə 24, N 7, maddə 455; 2002-ci il, N 1, maddə 9, N 5, maddələr 236, 248, 258, N 6, maddə 326, N 8, maddə 465) aşağıdakı dəyişikliklər və əlavələr edilsin: I. 159-cu maddə aşağıdakı redaksiyada verilsin: ¢Maddə 159. Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma 159.1. Vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma - şərti maliyyə vahidinin yüz mislindən beş yüz mislinədək miqdarda cərimə və ya yüz əlli saatdan iki yüz qırx saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 159.2. Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma - şərti maliyyə vahidinin iki yüz mislindən altı yüz mislinədək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 159.3. Vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma - şərti maliyyə vahidinin üç yüz mislindən yeddi yüz mislinədək miqdarda cərimə və ya iki yüz saatdan iki yüz qırx saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 159.4. Bu Məcəllənin 159.1-159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər; 159.4.1. ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə; 159.4.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 159.4.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifətutma və ya müəyyən fəaliyyətlə məşğulolma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.¢. 2. 160.1-ci maddəyə ¢maneolma¢ sözlərindən sonra ¢və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə¢ sözləri əlavə edilsin. 3. 161-ci maddədə: a) maddənin adı və 161.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin: ¢Maddə 161. Seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma 161.1. Seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması -¢ b) 161.2-ci maddədə ¢saxtalaşdırılması¢ sözündən sonra ¢, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülletenlərinin qoyulması üçün zərfin açılması¢ sözləri əlavə edilsin. IV. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Heydər ƏLİYEV, Azərbaycan Respublikasının prezidenti. Bakı şəhəri, 20 iyun 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin