Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASI VƏTƏNDAŞLARININ 2004-CÜ İLİN YANVARIN 1-DƏN 20-DƏK HƏQİQİ HƏRBİ XİDMƏTƏ ÇAĞIRILMASI VƏ MÜDDƏTLİ HƏQİQİ HƏRBİ XİDMƏT HƏRBİ QULLUQÇULARININ EHTİYATA BURAXILMASI HAQQINDA

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:

1. 1986-cı ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1969-1985-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Respublikanın Silahlı Qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2004-cü il yanvarın 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

2. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar 2004-cü il yanvarın 1-dən 20-dək ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsünlər.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 dekabr 2003-cü il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin