SİYASƏT
AZƏRBAYCAN STENDİNİN TƏQDİMATI
Moskvada keçirilən 9-cu beynəlxalq turizm sərgisində Azərbaycan stendinin təqdimatı mərasimi olmuşdur. Gənclər, İdman və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, mərasimdə nazir Əbulfəz Qarayev, respublikamızın Moskvadakı səfiri Ramiz Rizayev, Azərbaycan diasporunun nümayəndələri, Rusiya İqtisadi İnkişaf və Ticarət Nazirliyinin, Türkiyə, Mərakeş, Tunis, Moldova, Qazaxıstan və Türkmənistanın, bir sıra Avropa ölkələrinin turizm nazirliklərinin rəhbərləri iştirak etmişlər.
Əbülfəz Qarayev mərasimdə çıxış edərək demişdir ki, Azərbaycanın bu sərgidə iştirakı ölkəmizdə turizmin inkişafına təkan verəcəkdir. Xarici turist axınının artması bu yolda ilk addım olmalıdır. O, sərgi iştirakçılarını Azərbaycanın turizm şirkətləri ilə yaxından əməkdaşlıq etməyə çağırmışdır.