İDMAN
AZƏRBAYCAN VƏ MOLDOVA YIĞMA KOMANDALARININ HEYƏTİ MƏLUMDUR
Fevralın 9-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda futbol üzrə Azərbaycan və Moldova milli yığma komandalarının yoldaşlıq görüşü keçiriləcəkdir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) AZƏRTAC-a bildirmişlər ki, komandaların heyəti artıq məlumdur. Moldova milli yığmasında qapıçılar - Yevgeni Hmaruk, Denis Bornanenko, müdafiəçilər – Valeri Katinsus, Vitali Bordiyan, Viktor Qolovatenko, Aleksandr Kovalenko, Yuri Priqanyuk, Sergey Laşşenkov, Gennadi Oleksiçi, yarımmüdafiəçilər – Aleksey Savinov, Vladislav Lunqu, Boris Cebotar, Gennadi Kuşka, Stanislav İvanov, Sergey Kovalçuk, Vadim Bores, Yulian Bursuk, Sergey Epuryanu, hücumçular – Sergey Roqaçyov, Sergey Dadu, Yurie Miterev, Oleq Hronsov və Vyorel Frunze təmsil olunurlar.
Milli yığmamızın heyətinə isə qapıçılar - Cahangir Həsənzadə (“Neftçi”), Ruslan Məcidov (“Anji”-Rusiya), müdafiəçilər - Mahir Şükürov, Kamal Quliyev (hər ikisi “Karvan”), İlqar Əbdürrəhmanov (“Jenis”-Qazaxıstan), Rəşad Sadıqov (“Neftçi”), Avtandil Hacıyev (“Turan”), Rafael Əmirbəyov, Rail Məlikov (hər ikisi “Bakı”), Samir Abbasov (“Qarabağ”), yarımmüdafiəçilər - Aslan Kərimov (“Qarabağ”), Emin Quliyev (“Neftçi”), Elmar Baxşıyev (“İnter”), Anatoli Ponomaryov (“Qarabağ”), Rəşad Abdullayev (“Xəzər-Lənkəran”), hücumçular - Daniel Axtiamov (“İnter”), İlqar Qurbanov (“Fənərbağça”-Türkiyə), Zaur Ramazanov (“Karvan”), Vüqar Nadirov (“Qarabağ”) və Nadir Nəbiyev (“Turan”) cəlb olunmuşlar.
Xatırladaq ki, bu iki ölkənin yığma komandaları arasında ötən ilin mart ayında Kişniyov şəhərində keçirilmiş ilk yoldaşlıq görüşündə Moldova futbolçuları 2:1 hesabı ilə qalib gəlmişdilər.