İQTİSADİYYAT
AZƏRBAYCAN YANVAR-AVQUSTDA NEFT İXRACINI 1,5 FAİZ ARTIRMIŞDIR
Sirkət bu dövrdə Avropa bazarlarında 1,825 milyon ton, o cümlədən avqustda 219,3 min ton neft satmışdır. Azərbaycan neftinin bir tonu iyuldakı 26,84 dollara nisbətən, avqustda 28,75 dollar olmuşdur.
Xatırladaq ki, Azərbaycan neftinin şimal marşrutu ilə ixracına 1997-ci ilin oktyabrında başlanmışdır. 2003-cü ildə Novorossiysk limanına cəmi 2,5 milyon ton Azərbaycan nefti nəql etmək planlaşdırılır.
“Azəri-Çıraq-Günəşli” müqavilə sahəsində işləyən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) cari ilin səkkiz ayında qərb marşrutu – Bakı-Supsa boru kəməri ilə 2002-ci ilin müvafiq dövründəki 4,088 milyon ton əvəzinə, 4,2 milyon ton neft göndərmişdir. İyulda müqavilə neftinin ixracı 533 min ton, avqustda 570 min ton olmuşdur.
Gürcüstanın Qara dəniz sahilindəki limanına neft göndərilməsi 1999-cu ilin aprelində başlanmışdır. ABƏŞ-in proqnozlarına görə, 2003-cü ildə Bakı-Supsa boru kəməri ilə ötən ildəki 6,4 milyon ton əvəzinə, 6,6 milyon ton neft ixrac ediləcəkdir.