DÜNYA
“AZƏRBAYCAN – VƏTƏNİM MƏNİM”
Qazaxıstanın Pavlodar şəhərindəki “Vətən” cəmiyyəti nəzdində fəaliyyət göstərən Gənclər şurası “Azərbaycan – Vətənim mənim” adlı festival keçirmişdir. Tədbirdə “Vətən” cəmiyyətinin sədri, dünya azərbaycanlılarının I qurultayının nümayəndəsi Cəfər Mahmudov, şəhərdə yaşayan soydaşlarımız iştirak etmişlər.
Gənclər şurasının sədri İsmayıl İbrahimov yeniyetmə və gənc soydaşlarımızla aparılan işlərdən danışmışdır. Sonra milli adət-ənənələr mövzusunda teatrlaşdırılmış səhnələr göstərilmiş, mahnı və rəqslərimiz ifa olunmuş, Azərbaycan haqqında şerlər səslənmişdir.
Pavlodardakı gənc soydaşlarımız idmana da böyük maraq göstərirlər. Bu yaxınlarda keçirilmiş vilayət spartakiadasında onlar futbol və nərd yarışlarında birinci yeri tutmuşlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Pavlodar