CƏMİYYƏT
AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin fəxri diplomuna layiq görülüb
Bakı, 1 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə həyata keçirilən tədbirlərin ictimaiyyətə dolğun, operativ çatdırılmasında və kənd təsərrüfatına dövlət dəstəyinin təşviqindəki töhfələrinə görə AZƏRTAC-ı fəxri diplomla təltif edib.
AZƏRTAC qeyri-neft sektorunun mühüm istiqaməti olan aqrar sektorda aparılan islahatları, görülən işləri, məhsul istehsalçılarına dövlət dəstəyini, baş verən yenilikləri, regionlarda torpaq mülkiyyətçilərinə və fermerlərə yaradılan şəraiti mütəmadi işıqlandırır.
Agentliyin saytında “Kənd təsərrüfatı” bölməsi yaradılıb. Bu sahəyə dair xəbərlərə, reportajlara, müsahibələrə və analitik məqalələrə saytda geniş yer ayrılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [16:18]
Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin
- 19.04.2024 [16:07]
Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb
- 19.04.2024 [15:52]