SİYASƏT


AZƏRTAC ilə İtaliyanın Adn Kronos International SRL agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb VİDEO

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Sentyabrın 30-da V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İtaliyanın Adn Kronos International SRL (AKİ) agentliyi arasında informasiya mübadiləsi haqqında əməkdaşlıq sazişi imzalanıb.

Sazişi AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və Adn Kronos International SRL agentliyinin vitse-prezidenti Quido Talariko imzalayıblar.

Sənədə əsasən, AZƏRTAC ilə bu agentlik arasında informasiyaların mütəmadi mübadiləsi həyata keçiriləcək, əldə edilən təcrübələrdən yararlanmaq üçün əməkdaşların qarşılıqlı səfərləri təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.