SİYASƏT


AZƏRTAC ilə TELAM arasında informasiya mübadiləsi genişləndiriləcək VİDEO

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin Baş direktoru Aslan Aslanov sentyabrın 30-da Argentinanın TELAM milli xəbər agentliyinin prezidenti Rodolfo Pousa ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində baş tutan görüşdə agentliklər arasında əlaqələrin istiqamətləri müzakirə edilib, əməkdaşlığa dair müqavilənin imzalanması barədə razılıq əldə olunub. Bildirilib ki, noyabrda imzalanacaq müqavilə AZƏRTAC ilə TELAM arasında xəbər və foto mübadiləsi üçün geniş imkan yaradacaq.

Baş direktor Aslan Aslanov AZƏRTAC ilə TELAM agentliyi arasında sıx əlaqələrin olduğunu, qurumların mötəbər beynəlxalq və regional media təşkilatlarında fəal əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, tərəflərin əlaqələri genişləndirmək istəyi əməkdaşlığı yeni müstəviyə keçirməyə imkan verəcək.

TELAM agentliyinin prezidenti Rodolfo Pousa ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Tərəflər agentliklərin uğurlu əməkdaşlığının hər iki ölkənin həyatı barədə informasiyaların ilkin mənbədən alınması baxımından önəmli olduğunu qeyd ediblər.

Görüşdə, həmçinin Azərbaycan ilə Argentina arasında informasiya sahəsində əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.