SİYASƏT


AZƏRTAC ilə bir sıra xarici ölkələrin informasiya agentlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb VİDEO

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC 

Noyabrın 17-də Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə İspaniyanın Beynəlxalq Xəbər Agentliyi (EFE) arasında Çərçivə Əməkdaşlıq Sazişi, Paraqvay İnformasiya və Kommunikasiya Katibliyinin (SICOM) IP agentliyi arasında əməkdaşlıq haqqında Saziş və Bəhreyn Xəbər Agentliyi (BNA) arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədləri AZƏRTAC-ın baş direktoru Aslan Aslanov, İspaniyanın EFE agentliyinin icraçı prezidenti Jose Antonio Vera Gil, Paraqvay informasiya və kommunikasiya nazirinin müavini Rodney Alferdo Acevedo Rodriguez və BNA-nın baş direktoru Muhannad Sulaiman Mohsen Alnoaimi imzalayıblar.

Qarşılıqlı maraqlar və məqsədlər nəzərə alınmaqla AZƏRTAC ilə EFE agentliyi arasında imzalanmış Çərçivə Əməkdaşlıq Sazişinin məqsədi informasiya və xəbərlər mübadiləsi sahəsində ikitərəfli əlaqələri gücləndirmək və inkişaf etdirməkdir.

AZƏRTAC ilə Paraqvayın IP agentliyi arasında imzalanmış Sazişdə tərəflərin milli qanunvericiliklərinə və dövlətlərinin iştirakçısı olduqları beynəlxalq müqavilələrə uyğun olaraq informasiya, mətn, foto və video, həmçinin jurnalistika və idarəçilik sahələrində ikitərəfli əməkdaşlığının inkişaf etdirilməsi nəzərdə tutulur. Eyni zamanda, tərəflər redaktə və texniki işçilərin müntəzəm qarşılıqlı səfərləri vasitəsilə təcrübələrini və texniki biliklərini bölüşmək barədə razılığa gəliblər.

Bəhreynin BNA agentliyi ilə imzalanmış Anlaşma Memorandumunda isə tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq informasiya mübadiləsi sahəsində ikitərəfli əlaqələri inkişaf etdirmələri nəzərdə tutulur.

İmzalanma mərasimində diqqətə çatdırılıb ki, bundan sonra agentliklər əlaqələri daha da genişləndirəcək, mübadilə olunan informasiyanın həcmini artıracaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.