İDMAN
AZƏRTAC-ın Avropa Oyunları ilə bağlı fotoşəkilləri TASS-ın fotoinformasiya lövhәlәrindә yerləşdirilib VIDEO
Moskva, 14 iyun, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbirlərinin birinci Avropa Oyunlarının açılış mərasimindən və yarışlardan çəkdikləri fotoşəkillər Rusiyanın TASS İnformasiya Agentliyinin fotoinformasiya lövhәlәrindә yerləşdirilib.
Bu barədə razılıq Minskdə MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XX iclasında AZӘRTAC-ın baş direktoru Aslan Aslanov ilə TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov arasında əldə olunub.
“Okna TASS-Sport” bölməsində birinci Avropa Oyunlarının açılış mərasimindən görüntülər Oyunlar haqqında informasiya ilə müşayiət olunur. Moskvalılara və şəhərin qonaqlarına məlumat verilir ki, birinci Avropa Oyunları Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir. Oyunlarda 50 ölkədən 6 mindən çox idmançı iştirak edir. Rusiya yığması 360 idmançı, o cümlədən 7 Olimpiya çempionu ilə təmsil olunur. Azərbaycan paytaxtında iyunun 28-dək davam edəcək yarışlarda 20 idman növündə 253 medal dəsti sahibini tapacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva