SİYASƏT


AZƏRTAC-ın Azərbaycan haqqında xəbərləri EFE vasitəsilə ispandilli ölkələrdə yayılacaq VİDEO

A+ A

Bakı, 28 sentyabr, AZƏRTAC

AZƏRTAC və İspaniyanın EFE agentliyi xəbər, foto və video informasiya mübadiləsi həyata keçirəcək, bu əməkdaşlıq çərçivəsində Azərbaycan haqqında xəbərlər ispandilli ölkələrdə yayılacaq. Bununla bağlı məsələlər EFE-nin redaktoru Karmen Klara Rodrigez ilə AZƏRTAC-da keçirilən görüşdə müzakirə olunub.

Baş direktor Aslan Aslanov qeyd edib ki, hər iki agentlik Avropa Xəbər Agentlikləri Alyansı (EANA) çərçivəsində əməkdaşlıq edir və hazırda əlaqələrin yeni müstəviyə keçirilməsi məqsədilə müvafiq iş aparılır. Bu il noyabrın 15-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində AZƏRTAC ilə EFE arasında əməkdaşlıq haqqında sənədin imzalanması gözlənilir. Bu sənəd agentliklərə xəbər, foto və video informasiyaların mütəmadi mübadiləsi üçün imkanlar yaradacaq. Bildirilib ki, AZƏRTAC Azərbaycan haqqında məlumatların EFE vasitəsilə ispandilli ölkələrdə və həmin regionda yayılmasına maraq göstərir. Eyni zamanda, hər iki agentlik təcrübə mübadiləsi proqramları həyata keçirəcək.

Karmen Klara Rodrigez Azərbaycan və İspaniya mədəniyyətlərinin qarşılıqlı şəkildə tanıdılması üçün əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu qeyd edib. O, AZƏRTAC-ın xəbərlərinin EFE tərəfindən 4 dildə yayılacağını, həmçinin İspaniya və regionda baş verən hadisələr haqqında məlumatların AZƏRTAC vasitəsilə işıqlandırılacağını, bunun həm də turizm imkanlarının təşviqinə töhfə olacağını deyib.

Görüşdə Azərbaycanın tarixi, demokratik inkişafı, media məsələləri, qarşılıqlı əlaqələrin perspektiv istiqamətləri ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.