CƏMİYYƏT


AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib

Bakı, 16 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Ukrayna, Belarus və Moldova üzrə müxbir məntəqəsinin “Facebook” səhifəsi istifadəyə verilib.

Dünyanın ən məşhur sosial şəbəkəsinin istifadəçiləri daim yenilənən https://www.facebook.com/1871765836419509/ səhifəyə qoşulmaqla mütəmadi olaraq AZƏRTAC-ın Ukrayna, Belarus və Moldova üzrə ən son məlumatları ilə asanlıqla tanış ola bilərlər.

Səhifədə, həmçinin Azərbaycanın milli maraqlarına xidmət edən, ölkəmizdə gedən proseslər barədə məlumatlar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər yer alacaq.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri qeyd olunan səhifə vasitəsilə vaxtaşırı AZƏRTAC-ın yaydığı xəbərlərlə bağlı suallar verməklə interaktiv ünsiyyət imkanı qazanacaqlar.

Oxucularla daim ünsiyyət və əməkdaşlıq qurmağa çalışan AZƏRTAC bu səhifə vasitəsilə onlara öz fikirlərini çatdırmaq üçün növbəti gözəl şans yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.