CƏMİYYƏT


AZƏRTAC-ın əməkdaşları xarici dil biliklərini möhkəmləndirirlər VİDEO

Bakı, 6 iyun, AZƏRTAC

Azərbaycanın sürətli inkişafı, dünya birliyinə fəal inteqrasiyası, beynəlxalq humanitar, idman və mədəniyyət tədbirlərinə ev sahibliyi etməsi, habelə AZƏRTAC-ın dünyanın aparıcı xəbər agentlikləri ilə sürətlə inkişaf edən əlaqələri və beynəlxalq media qurumlarına sədrliyi fonunda agentliyin əməkdaşlarının xarici dil biliklərini möhkəmləndirmələri böyük əhəmiyyət kəsb edir. Zamanın çağırışına uyğun olaraq agentlik öz imkanları hesabına hər il müxtəlif xarici dil kursları təşkil edir və bu, artıq ənənə halı alıb.

Hazırda agentlikdə Çin, ingilis və alman dilləri kursları fəaliyyət göstərir. İntensiv kurslara agentliyin ümumilikdə 50-dən çox əməkdaşı cəlb edilib. Xarici dilin tədrisində yüksək ixtisaslı mütəxəssislərin köməyindən, ən müasir dərslik və əyani vasitələrdən istifadə olunur. Kurslarda dinləyicilər dil biliklərini təkmilləşdirməklə yanaşı, dillərini öyrəndikləri ölkələrin mədəniyyəti, milli adət-ənənələri və media landşaftı barədə də məlumatlandırılır.

AZƏRTAC Çin dili üzrə tərcüməçi kadrların hazırlanması istiqamətində Konfutsi İnstitutu ilə fəal əməkdaşlıq edir. İnstitutun müəllimləri hazırda agentliyin 20 əməkdaşına Çin dili öyrədir, onları bu ölkənin mədəniyyəti ilə tanış edirlər. Kursu bitirən əməkdaşlara diplom və sertifikat verilir. Hər il agentliyin bir neçə əməkdaşı Çində praktiki məşğələlərdə iştirak edir.

AZƏRTAC, həmçinin Çinin və dünyanın aparıcı agentliklərindən biri olan Sinxua ilə sıx tərəfdaşlıq əlaqələri qurub. Bu, informasiya mübadiləsinin genişlənməsinə, xalqlarımızın bir-birini daha yaxından tanımasına yol açır. Dost agentliklər bu yaxınlarda əməkdaşlığı genişləndirmək və birgə layihələr həyata keçirməklə bağlı razılığa gəliblər. Bununla bağlı son müzakirələr Sankt-Peterburqda dünyanın aparıcı xəbər agentliklərinin sammiti çərçivəsində AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov və Sinxua-nın vitse-prezidenti Can Sutan arasında keçirilən görüşdə aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.