SİYASƏT
AZƏRTAC-ın xarici ölkələrdəki xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində oxuyan övladlarının aylıq təhsil haqqının 500 dolları dövlət büdcəsi hesabına ödəniləcək
Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Nazirlər Kabineti AZƏRTAC-ın Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq “Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) işçilərinin əməyinin ödənilməsi şərtlərinin və ştat sayının tənzimlənməsi haqqında” 2003-cü il 1 fevral tarixli qərarında dəyişiklik edib.
AZƏRTAC Nazirlər Kabinetinin rəsmi saytına istinadla xəbər verir ki, dəyişiklik AZƏRTAC-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladları ilə bağlıdır. Qərara əsasən, AZƏRTAC-ın xarici ölkələrdə çalışan xüsusi müxbirlərinin ümumtəhsil məktəblərində təhsil alan övladlarının hər birinin aylıq təhsil haqqının 500 dollarından çox olmayan hissəsi dövlət büdcəsi hesabına ödəniləcək.
Qərar 2016-cı il yanvarın 1-dən qüvvəyə minəcək.