İQTİSADİYYAT


AZPROMO İpək Yolu Beynəlxalq Ticarət Palatasına üzv olub

A+ A

Bakı, 27 sentyabr, AZƏRTAC

Beynəlxalq əməkdaşlıq əlaqələrini və tərəfdaşlar şəbəkəsini davamlı olaraq genişləndirən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) İpək Yolu Beynəlxalq Ticarət Palatasına (SRCIC) üzv olub.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, dünyanın 22 ölkəsindən ticarət palatalarının üzv olduğu İpək Yolu Beynəlxalq Ticarət Palatası biznes, investisiya və ticarət imkanlarının təşviqi məqsədilə beynəlxalq təşkilatların dəstəyi ilə yaradılıb. Bu palata hazırda şirkətlər üçün əhəmiyyətli əməkdaşlıq platforması hesab olunur.

Qeyd edək ki, AZPROMO dünyanın 37 ölkəsindən 81 təşkilatla tərəfdaşlıq əlaqələrinə malik olmaqla yanaşı, Investisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının (WAIPA) üzvüdür və Assosiasiyanın vitse-prezidentlik statusuna malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.