İQTİSADİYYAT
AZPROMO: Qırğızıstan qurğuşun, sink və qızıl yataqlarının hərracını keçirir
Bakı, 28 iyul, AZƏRTAC
Qırğızıstan hökuməti yanında Dövlət Geologiya və Mineral Resurslar Agentliyi avqust ayında Kan qurğuşun və sink yatağında geoloji kəşfiyyat işlərinin aparılması və onun işlənməsi, eləcə də Çaartaş qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması ilə bağlı hərrac keçirəcək.
Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) AZƏRTAC-a məlumat verilib.
Kan yatağının hərracında iştirak etmək istəyən şəxslər avqustun 8-dək, Çaartaş yatağının hərracında iştirak etmək istəyənlər isə avqustun 22-dək lazımi sənədləri Qırğızıstan Dövlət Geologiya və Mineral Resurslar Agentliyinə təqdim etməlidirlər. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və iş adamları hərracda iştiraka dəvət olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [13:07]
® “STP Şirkətlər Qrupu” ağacəkmə aksiyası keçirib
- 24.04.2024 [12:01]
Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb
- 24.04.2024 [11:54]
Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir
- 24.04.2024 [11:01]