İQTİSADİYYAT


AZPROMO ilə ABŞ-ın “MRC Global” şirkəti arasında anlaşma memorandumu imzalanıb

A+ A

Bakı, 24 avqust, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə (AZPROMO) ABŞ-ın "MRC Global" şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, sənəd Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən "MRC Global" şirkətinin nümayəndələri ilə keçirilən görüşdə imzalanıb. Görüşdə ölkəmizin biznes və investisiya mühiti, tranzit imkanları barədə geniş məlumat verilib. Həmçinin "MRC Global" şirkətinin Azərbaycan bazarına daxil olması məsələləri müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.