İQTİSADİYYAT


AZPROMO ilə Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası arasında Anlaşma Memorandumu imzalanıb

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Çin Xalq Respublikasının Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPİT) arasında iqtisadi-ticarət və investisiya əlaqələrinin inkişaf etdirilməsinə, ixracın və xarici sərmayələrin təşviqi sahəsində təcrübə mübadiləsinə dair Anlaşma Memorandumu imzalanıb.

AZPROMO-dan AZƏRTAC-a bildiriblər ki, imzalanma AZPROMO ilə CCPİT nümayəndələri arasında keçirilən görüş çərçivəsində baş tutub.

Görüşdə iki ölkənin iş adamları arasında ticarət, investisiya, iqtisadi və texniki sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.