İQTİSADİYYAT
“A-Group” “Mobil Konsyerj” - mobil tətbiqetmə hazırlayıb
Bakı, 20 iyul, AZƏRTAC
"A-Group" sığorta şirkəti sığortalıların rahatlığı üçün xüsusi "Mobil Konsyerj" - mobil tətbiqetmə hazırlayıb.
Şirkətdən AZƏRTAC-a bildiriblər ki, təqdim olunan xidmətlərin keyfiyyətini artırmaq, şirkət və müştəri arasında qarşılıqlı ünsiyyəti asanlaşdırmaq üçün yaradılan mobil tətbiqetmə "SOS" düyməsi vasitəsilə sığorta şirkəti ilə təcili şəkildə əlaqə saxlamaq, ən yaxın klinika, aptek və optika mərkəzinin tapılması, seçilmiş həkimin qəbuluna online yazılmaq və həkimi qiymətləndirmək xidmətlərini təmin edir. Həmçinin tətbiqetməyə sığorta ödənişinin alınması üçün sənədləri onlayn təqdim etmək, dərmanları axtarmaq və istifadəsi üzrə təlimatla tanış olmaq, sığorta şəhadətnaməsi üzrə sığorta haqqını hesablamaq (Sığorta kalkulyatoru) və digər xidmətlər də daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]