MƏDƏNİYYƏT


“Abbas Səhhət. Biblioqrafiya”  kitabının təqdimatı olacaq

Bakı, 29 iyun, AZƏRTAC

İyunun 30-da M.F.Axundzadə adına Milli Kitabxanada Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abbas Səhhətin həyat və yaradıcılığına həsr olunan “Abbas Səhhət. Biblioqrafiya” kitabı və “Abbas Səhhət” elektron məlumat bazasının təqdimat mərasimi keçiriləcək. Kitab F.Köçərli adına Respublika Uşaq Kitabxanasının “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyasından tərtib edilib.

Respublika Uşaq Kitabxanasından AZƏRTAC-a bildirilib ki, ədibin ədəbi-ictimai fəaliyyətini tam şəkildə əks etdirən 224 səhifəlik biblioqrafik göstəricidə 1904-2017-ci illərdə dərc olunan materiallar əks olunub.

Dörd hissədən ibarət göstəricidə 1101 adda əsərin biblioqrafik təsviri verilib. Onların içərisində 3 filimoqrafiya və 10 əsas arxiv materialları və əlyazmaları öz əksini tapıb.

Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhət Mehdizadənin həyat və yaradıcılığına həsr olunmuş bu biblioqrafiyada görkəmli şairin qələmə aldığı bütün əsərlər və onun haqqında yazılan materiallar öz əksini tapıb. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.