Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Abdulla Qurbani: Qoy, gəmilərimiz Xəzərin sahillərini xoş müjdələrlə sevindirsin

Bakı, 25 iyul, AZƏRTAC

III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının başlanmasına bir neçə gün qalır. Artıq Rusiya Hərbi Donanmasının, İranın və Qazaxıstanın gəmiləri yarışlarda iştirak etmək üçün Vətənimizə gəlib. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin yarışlara qatılacaq gəmiləri və şəxsi heyəti də tam hazırlıq vəziyyətindədir.

Beynəlxalq yarışların şəffaf və yüksək səviyyədə təşkili üçün Müdafiə Nazirliyinin rəhbərliyi hər cür şərait yaradıb. İştirakçılar üç mərhələdə altı epizoddan ibarət yarışlarda güclərini sınayacaqlar.

“Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının açılışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru, Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani bu mühüm yarışla bağlı AZƏRTAC-a məxsusi müsahibə verib. Müsahibəni təqdim edirik.

- Cənab polkovnik, öncə Beynəlxalq Ordu Oyunlarının tarixi, məqsədi və Azərbaycanın bu yarışlarda iştirakı barədə məlumat verməyinizi xahiş edirik.

- Beynəlxalq Ordu Oyunları dünyanın möhtəşəm idman birinciliklərindən heç də fərqlənmir. Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə reallaşan bu oyunlar 2015-ci ildən keçirilir.

Beynəlxalq Ordu Oyunları ölkələrarası hərbi əməkdaşlığın daha da möhkəmlənməsi, hərbi xidmətin nüfuzunun artırılması, döyüş imkanlarının nümayişi, şəxsi heyətin peşəkarlığının və döyüş qabiliyyətinin daha da yüksəldilməsi, eləcə də iştirakçı dövlətlərin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin bərqərar olması, dostluq və rəqabət gücünün daha da artırılması məqsədinə xidmət edir. Azərbaycan ilk oyunlardan bu yarışların iştirakçısıdır. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandası "Xəzər-2015" müsabiqəsində üçüncü, "Xəzər-2016"-da isə ikinci yerə layiq görülərək "Admiral-480" motorlu qayığı ilə mükafatlandırılıb. Bu il də hərbi dənizçilərimizin yüksək qələbələr qazanacağına inanırıq.

- “Dəniz Kuboku-2017”nin açılış mərasimi barədə nə deyə bilərsiniz?

- Təntənəli açılış mərasimi avqustun 1-də saat 19-da Dənizkənarı Milli Parkda - Saat qülləsinin ətrafındakı meydanda başlayacaq. Hazırlıq işləri müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə aparılır. Hər gün görülən işlər barədə nazirə məruzə edilir. Nazirliyin tədbirin böyük siyasi və mənəvi əhəmiyyətini nəzərə alan əməkdaşları yarışların yüksək səviyyədə təşkili üçün səylərini əsirgəmirlər. Təşkilat komitəsinin sədri, general-leytenant Nizam Osmanov hazırlıq planına uyğun olaraq, bütün tədbirlərin vaxtında icra olunmasına xüsusi diqqət yetirir.

Tamaşaçılar üçün rahat oturacaqlar, ifaçılar üçün isə xüsusi səhnələr quraşdırılır, tərtibat işləri tamamlanmaqdadır. İncəsənət ustalarının, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının və digər kollektivlərin son məşqləri aparılır. Konsert proqramı rəngarəng və maraqlıdır. Azərbaycan, rus, qazax, İran musiqisinə, mahnı və rəqslərinə geniş yer ayırmışıq. "Dəniz Kuboku-2017" üçün xüsusi mahnılar sifariş verilib və təqdimata hazırdır.

- Yəqin bu dəfə də mahnıların sözləri sizə məxsusdur.

- Bəli, həm Azərbaycan, həm də rus dillərində ifa ediləcək mahnıların sözlərini mən yazmışam. Mətni rus dilinə şair-tərcüməçi Səyavuş Məmmədzadə tərcümə edib. Birinci mahnının bəstəsi dünya şöhrətli bəstəkarımız Qara Qarayevin tələbəsi olmuş bəstəkar Azad Zahidə, ikinci mahnının bəstəsi isə istedadlı bəstəkar, aranjimançı Fərahim Qulubəyliyə aiddir. Mahnıları Əməkdar Artist Cahangir Qurbanov, Nurşən Məmmədov və əsgər xoru ifa edəcək.

- Digər ölkələrdən necə, bədii kollektivlərin iştirakı gözlənilirmi?

- Əlbəttə, iyulun 30-da Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin mahnı və rəqs ansamblı geniş repertuarla Bakıya gələcək. Onlar həm açılış mərasimində, həm də hərbi hissələrimizin şəxsi heyəti qarşısında rəngarəng konsert proqramı ilə çıxış edəcək.

- Sizin layihənizlə keçirilən hər bir kütləvi vətənpərvərlik tədbiri böyük marağa səbəb olub. Daha doğrusu, rejissor tapıntıları tamaşaçıları həmişə təəccübləndirir. Bu dəfə necə, açılış mərasiminin iştirakçılarını təəccübləndirə biləcəksinizmi?

- Çalışırıq. Hər halda, bir çox yeniliklərimiz var.

- Deyirlər, Qobustan qayalarında təsvir olunan qamış qayığı meydana gətirmək istəyirsiniz. Sizcə, bu lazımdırmı?

- Əlbəttə, lazımdır. Axı, Xəzər dənizinin sahilindəki Qobustan qayaları ulu əcdadlarımızın tarixindən, məişətindən, məşğuliyyətindən, mədəniyyət və incəsənətindən, döyüş ruhundan xəbər verən daş salnaməmizdir.

Bir zamanlar Xəzərin ləpələri Qobustana kimi uzanardı. Qobustan qayalarında yüzdən çox qayıq təsviri var. Bu qayıq təsvirləri təkcə balıq ovçuluğu ilə deyil, həm də dənizçiliyin, su-nəqliyyat vasitələrinin öyrənilməsi üçün çox əhəmiyyətlidir. Qobustan qayıqları dünyanın digər ölkələrindəki qayıqlardan daha qədim, daha maraqlıdır. Üzərində günəş təsvirləri olan Qobustan qayığını biz açılış mərasiminə gətirəcək, bütün iştirakçıları xəyalən on beş min il əvvələ - paleolit dövrünə aparacağıq.

- Çox gözəl, “Dəniz Kuboku-2017” yarışlarına gələn qonaqlarımız da görəcəklər ki, Azərbaycan bəşər sivilizasiyasının ilkin məskənlərindəndir. Tariximizi, mədəniyyətimizi bu cür tədbirlərdə geniş təbliğ etmək hər birimizin vətəndaşlıq borcudur.

- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanın yüksək səviyyədə ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, Formula-1 yarışlarının və digər mötəbər tədbirlərin ölkəmizin dünyaya tanıdılmasında, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında mühüm rolu hamıya bəllidir. Biz də bu mötəbər tədbirin başlanğıcında tarixi keçmişə qısa ekskurs edəcək və dünya şöhrətli səyyah, arxeoloq-etnoqraf, antropoloq Tur Heyerdalın Qobustan qayaları haqqında dediklərini bir daha tədbir iştirakçılarının nəzərinə çatdıracağıq.

Tur Heyerdal Qobustanın qamış qayıqlarını dünyanın ən qədim qayıqları kimi dəyərləndirib, Xəzər sahilindəki Qobustan abidələrini böyük bir sivilizasiyanın beşiyi adlandırıb. Qobustan qayıqlarının burun hissəsindəki Günəş təsvirləri fəza cisimlərinə inamı, işıqlı həyatı əks etdirir. Xəzər qədim Qobustan insanları üçün ümmansız, sonu görünməyən bərəkətli bir dənizdir. Günəş isə hər gün onun mavi suları üzərində bərq vuraraq insanlara bol-bol sevinc, xoşbəxtlik, şadlıq, həyat bəxş edir.

- Bir türkmən şairi çox gözəl deyib: bu dəniz Xəzər sahillərində yaşayan bütün xalqlar üçün ümumi dəstərxandır. Dostluq, səmimiyyət, qarşılıqlı anlaşma, etimad və əməkdaşlıq dəstərxanı.

- Biz “Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının açılış mərasimini bu arzularla, alqışlarla bitirəcəyik. Qoy, Xəzərimiz həmişə sülh, əmin-amanlıq içində sakit, rahat nəfəs alsın! Gəmilərimiz sahilləri xoş müjdələrlə sevindirsin! Qobustan qayıqlarındakı Günəş Xəzərin sahillərindəki ölkələrdən, xalqlardan xoşbəxtlik nurunu, al şəfəqlərini heç zaman əsirgəməsin!

Bir sözlə, "Dəniz Kuboku-2017" Beynəlxalq yarışları Xəzərsahili ölkələr arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək. Gündən-günə gözəlləşdikcə dünyanı heyrətləndirən doğma Bakımızın sakinlərini və şəhərimizin qonaqlarını bu tədbirə dəvət edirik.

- Cənab polkovnik, müsahibəyə görə çox sağ olun. “Dəniz Kuboku-2017" yarışının açılış mərasimində görüşənədək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ dövlət istiqrazlarının gəlirliliyi geosiyasi risklərə görə azalır

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO