MƏDƏNİYYƏT


“Abdulla Şaiq. Biblioqrafiya” kitabının təqdimatı keçiriləcək

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

Noyabrın 25-də Milli Kitabxanada F.Köçərli adına Respublika Uşaq Kitabxanasının nəşr etdiyi “Abdulla Şaiq. Biblioqrafiya” kitabının və “Abdulla Şaiq” elektron məlumat bazasının təqdimatı keçiriləcək. Kitab və elektron məlumat bazası Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şair, tərcüməçi, pedaqoq Abdulla Şaiq Talıbzadənin anadan olmasının 135 illiyi münasibətilə hazırlanıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan 448 səhifəlik biblioqrafik topluda A.Şaiqin 1906-2016-cı ilədək nəşr olunan əsərləri, həyat və yaradıcılığı haqqında materiallar əks olunub. Vəsait şairin keçdiyi dolğun həyat yolunu və zəngin yaradıcılığını əks etdirmək baxımından çox əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.