SİYASƏT


Abdullah bin Fəhd Əl-Hüseyn: Dünya Xəbər Agentliklərinin Bakı Konqresi yüksək səviyyədə təşkil olunub VİDEO

A+ A

Bakı, 16 noyabr, Elvin Camalov, AZƏRTAC 

Dünya Xəbər Agentliklərinin Bakı Konqresi yüksək səviyyədə təşkil edilib və burada aparılan müzakirələrin bütün media sahəsinə müsbət təsiri olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya Xəbər Agentlikləri Konqresinin və Səudiyyə Ərəbistanının Səudiyyə Press Agentliyinin (SPA) prezidenti Abdullah bin Fəhd Əl-Hüseyn jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. “Əminəm ki, AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə uğurla sədrlik edəcək və böyük nailiyyətlərə imza atacaq”, - deyə SPA agentliyinin prezidenti vurğulayıb.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Abdullah bin Fəhd Əl-Hüseyn qeyd edib ki, AZƏRTAC belə bir konqresin keçirilməsi ilə media sahəsində beynəlxalq əlaqələrin inkişafına öz töhfəsini verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.