CƏMİYYƏT
Əbdülrza Rəhmani Fəzli: İran terrorizmə qarşı mübarizədə Azərbaycan ilə əməkdaşlığa hazırdır
Tehran, 4 oktyabr, AZƏRTAC
Azərbaycan ilə İran beynəlxalq terrorizmə qarşı birgə mübarızə aparmaq imkanına malikdirlər.
Bu sözləri İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli yerli mətbuata açıqlamasında deyib.
Nazir bildirib ki, Azərbaycan terrorizmə qarşı mübarizə istiqamətində lazımi tədbirləri həyata keçirir. Ölkəmizdə möhkəm ictimai-siyası sabitliyin mövcudluğunu vurğulayan iranlı nazir terrorçuluğa qarşı mübarizədə rəsmi Bakı ilə birgə səylərin artırılmasında maraqlı olduqlarını nəzərə çatdırıb.
Əbdülrza Rəhmani Fəzli deyib ki, bu gün dünyanın bəzi bölgələrində fəaliyyət göstərən terror qruplarının üzvlərini bölgəyə buraxmamaq üçün iki ölkənin hüquq mühafizə orqanlarının əməkdaşlığı zəruridir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran