SİYASƏT


Əbdürrəhman Səd: Dinc sakinlərin qəsdən öldürülməsi ən ağır cinayətdir

Qahirə, 6 iyul, AZƏRTAC

Dinc sakinlərin, o cümlədən qadın və uşaqların qəsdən öldürülməsi ən ağır cinayətdir.

Bu fikirləri Misir-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Əbdürrəhman Səd Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törədilən qanlı cinayətlə bağlı AZƏRTAC-a müsahibəsində bildirib.

Baş katib Ə.Səd deyib ki, Ermənistan silahlı qüvvələri bundan əvvəl də Xocalıda dəhşətli qətliam törətmişdilər, aralarında qadın, uşaq, yaşlı olmaqla 613 dinc sakin vəhşicəsinə öldürülmüşdü.

Ermənistanın sülh danışıqlarına riayət etməsinin, BMT TŞ-nın məlum qətnamələrini yerinə yetirməsinin önəmini ifadə edən baş katib bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli regionda sülh və sabitliyin bərqərar olması üçün olduqca vacibdir.

Asya Hacızadə

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.