REGİONLAR


“Əbədi ezamiyyət” sənədli filmi tələbə və kursantlar tərəfindən maraqla qarşılanıb

A+ A

Naxçıvan, 15 noyabr, AZƏRTAC

Naxçıvan şəhərindəki Gənclik Mərkəzində 10-17 noyabr - Beynəlxalq Tələbə Gənclər Həftəsi ilə əlaqədar olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinə və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarına “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.

AZƏRTAC xəbər verir ki, filmin nümayişi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə reallaşıb.

“Əbədi ezamiyyət” filmi 1919-cu ilin yanvarında Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.